"ABB-Moskva" Azərbaycanın Rusiyadakı səfirliyində ödəniş terminalı quraşdırıb | Banco.az

"ABB-Moskva" Azərbaycanın Rusiyadakı səfirliyində ödəniş terminalı quraşdırıb

Azərbaycan Beynəlxalq Bankının (ABB) Moskvadakı törəməsi olan "ABB-Moskva" Azərbaycanın Rusiyadakı səfirliyinin ərazisində (Moskva şəhəri – red.) ödəniş terminalı quraşdırıb.

Bankdan verilən məlumata görə, bundan sonra konsulluq haqqını ödəmək istəyənlər banka gəlməyə bilər, ödənişlər yerində həyata keçirilə bilər və bu da səfirlikdəki sənədləşmə prosesini daha sürətli və rahat etməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

"Bankın əsas vəzifələrindən biri Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına dəstək və xidmət göstərməkdir. Buna görə də bu müştəri seqmenti üçün xidmət və xidmətləri fəal şəkildə inkişaf etdirməyi planlaşdırırıq. Səfirlikdə terminalın quraşdırılması layihəsi biznes tapşırığın bir hissəsi kiimi icra olunub", - deyə "ABB-Moskva"nın İnformasiya texnologiyaları departamentinin direktoru Vüsal Məmmədov bildirib.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et