“Azərbaycan Beynəlxalq Bankının (ABB) ölkədə 700-dən artıq ATM və 10 mindən çox POS-terminalı var. Bank yaxın inkişaf strategiyasında biznes kartların inkişafını əsas hədəflərdən biri kimi seçib”.
Bunu ABB-nin baş direktoru Elmir Həbibullayev bildirib. Onun sözlərinə görə, ABB bu gün 2 milyondan artıq kart buraxıb və kartların sayı daha da artacaq.
“İlin sonuna kimi ABB yeni kart məhsulları buraxmağa hazırlaşır. Bunlardan biri bankın inkişaf etdirdiyi “El kart” kredit kartları, digəri isə ölkədə İslam bankçılığını inkişaf etdirən və belə kartları ilk buraxan bank kimi bu istiqamətdə də işlərini genişləndirəcək. Yaxın zamanlarda isə “El kart” kredit kartlarının satışına başlanılacaq", - deyə E. Həbibullayev qeyd edib.
APA.az