ABB-dən xanımlara 8% keşbək | Banco.az

ABB-dən xanımlara 8% keşbək

8 Mart Beynəlxalq Qadınlar Gününə özəl olaraq ABB xanımlar üçün yeni fürsətlər yaradıb. Bankın elan etdiyi kampaniya zamanı ABB ilə tərəfdaş məkanlarda ödənişlərini TamKart-la aparan xanım müştərilər hər ödənişə 8% keşbək qazanacaqlar. Kampaniya martın 5-dən 8-ə qədər davam edəcək.

Bu fürsətdən yararlanmaq üçün ödəniş ABB-nin POS terminalları ilə aparılmalıdır. Ödəniş məbləği ən azı 20 manat olmalıdır. Hər müştəri kampaniya müddətində maksimum 50 manat keşbək qazana bilər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et