ABB-də yeni vəzifə və təyinatlar | Banco.az

ABB-də yeni vəzifə və təyinatlar

Azərbaycanın bank sektorunun liderlərindən olan ABB-nin Korporativ idarəetmə strukturuna yeni vəzifə əlavə edilib və vəzifəyə təyinatlar olub.

Banco.az-a bankdan bildirilib ki, yeni – Ofis rəhbəri vəzifəsinə Fariz Rəhimov, Ülvi Qasımov, Anar Abbasov və Mehmet Ali Savaş təyin ediliblər.

Ofis rəhbərləri kuratorları ilə birgə müvafiq strukturların idarəetməsində iştirak edəcəklər. 

18 illik iş təcrübəsinə malik olan, son 11 ilini ABB-də çalışan Fariz Rəhimov Risklərin idarə edilməsi departamenti və Risk həlləri sahəsi üzrə, 17 illik iş təcrübəsinin son 7 ilini ABB-də çalışan Ülvi Qasımov Korporativ biznes, Biznes kreditlərinin təhlili, Kiçik və orta sahibkarlarla iş departamentləri üzrə rəhbər təyin edilib.

Anar Abbasov Pərakəndə kreditləşmə, Pərakəndə kart biznesi, Pərakəndə seqment sahələri üzrə ofis rəhbəri təyin edilib. A. Abbasov 16 illik iş təcrübəsinin son 2 ilində ABB-də fəaliyyət göstərib. 

16 illik iş həyatının 4 ilini ABB-də çalışan Mehmet Ali Savaş isə Rəqəmsal kiçik biznes və Rəqəmsal kanallar sahəsi üzrə rəhbər təyin edilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et