ABB Balakən və Oğuz filiallarını da yenilədi | Banco.az

ABB Balakən və Oğuz filiallarını da yenilədi

ABB Balakən və Oğuz filiallarını da yeni konseptdə müştərilərin istifadəsinə verib. Bankın Balakən filialı Balakən şəhəri, Heydər Əliyev prospekti - 254 B ünvanında, Oğuz filialı isə Oğuz şəhəri Heydər Əliyev küçəsi - 98 ünvanında müştərilərə xidmət göstərir.

Hər iki filial ən müasir xidmət standartlarına uyğun qurulub. ABB-nin tətbiq etdiyi universal xidmət təcrübəsinə uyğun olaraq burada lazımi şərait təmin edilib. Fərdi və korporativ müştərilər Balakən və Oğuz filiallarında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et