"2023-cü il ABB-nin möhkəmlənmə dövründən sonra ən yüksək əməliyyat mənfəətini qazandığı il oldu. Belə ki, ötən il ABB sektorda rekord məbləğdə - 381 mln. AZN xalis mənfəət qazanmaqla 2022-ci illə müqayisədə xalis mənfəətində 32% artım əldə edib".
Banco.az xəbər verir ki, bunu ABB-in İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
Sədrin sözlərinə görə, 2023-cü ildə ABB-nin vergidən əvvəl xalis mənfəəti 368 mln. AZN-dan 484 mln. AZN-ə yüksəlib: "Bankımız 2023-cü ildə ümumilikdə 143 mln. AZN mənfəət vergisi ödəyib. Bu məbləğ 2022-ci il ilə müqayisədə 68.2% artım deməkdir. Dövlət büdcəsinə isə ötən il ümumilikdə 103 mln. AZN vergi ödənilib. Bundan başqa, ABB 2022-ci ilin mənfəətindən ötən il səhmdarlarına 156 mln. AZN dividend də ödəyib.
Bankın səhmlərinin 96,4%-i dövlətə məxsus olduğundan dividendlərin 150.38 mln. AZN-i məhz dövlətə ödənib. Bir faktı da qeyd edim ki, ümumən, son 5 ildə mənfəət vergisi, səhmdarlara ödənilən dividendlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosial yönümlü layihələrə ABB 1.3 mlrd. AZN-dən çox ödənişlər edib. ABB əsas səhmdarımız olan dövlətə, həmçinin sayı 1,800-ü ötən fiziki şəxs və özəl səhmdarlarımıza son beş ildə davamlı şəkildə yüksək dividendlər ödəməkdədir. ABB menecmenti olaraq biz səhmdarlarımıza ödənilən dividendlərin artırılması və minimum 15% gəlirliliyin təmin olunması məqsədilə 2023-cü ilin mənfəətindən 185 mln. AZN həcmində dividend ödənişi təklif etdik".
Qeyd edək ki, ABB-nin Dayanıqlı İnkişaf Hesabatı ilə buradan tanış ola bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!