ABA və ASAN Xidmət birgə tədbir keçirəcək | Banco.az

ABA və ASAN Xidmət birgə tədbir keçirəcək

8 oktyabr tarixində 3 saylı ASAN Xidmət Mərkəzində bank sektorunda geniş təcrübəyə malik olan və “Mikrobiznes İnkibatoru” layihəsinin təsisçisi Elşən Bədirxanovun müəllifi olduğu “UĞURA İNAN, ÖZ BİZNESİNƏ BAŞLA!” kitabının təqdim etmə mərasimi keçiriləcək. Azərbaycan Banklar Assosiasiyasının (ABA) maliyyə dəstəyi ilə dərc olunan kitabın təqdimatında “ABA”nın icraçı direktoru Yunus Abdulov və “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov çıxış edəcəklər.

“BAŞLA” layihəsinin üzvləri, “Uğura inan, öz biznesinə BAŞLA” təliminin könüllülərinin iştirak edəcəkləri təqdimatda kitabın əhəmiyyəti ilə bağlı müzakirələr də aparılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirin sonunda auditoriya ilə sual-cavab təşkil olunacaq və qaliblər mükafatlandırılacaq.

Qeyd edək ki, Elşən Bədirxanov ABA-nın ekspert qrupunun üzvü, 20 ildən artıq maliyyə (əsasən bank) sektorunda çalışmış, bır sıra aparıcı maliyyə qurumlarında rəhbər və İdarə Heyətinin üzvü olmuş, gənclər üçün “Mikrobiznes İnkibatoru” layihəsinin müəllifidir.

BBN.az

Ən sərfəli krediti almaq üçün müraciət et