ABA-nın “Ən fəal ekspert qrupu” seçilib | Banco.az

ABA-nın “Ən fəal ekspert qrupu” seçilib

28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları - 2022” adlı tədbiri də baş tutmuşdur.

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu “Ən fəal ekspert qrupu” nominasiyası üzrə I yerə layiq görülmüşdür.

2022-ci il üçün “Ən fəal ekspert qrupu” nominasiyası üzrə Ekspert Qruplarının qiymətləndirilməsi:

  • “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu-I yer
  • “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu-II yer
  • “Kredit işi üzrə” Ekspert Qrupu-III yer

Həmçinin “Fəal ekspert qrupu” nominasiyasına “Risklərin idarə edilməsi üzrə” və “Mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupları layiq görülmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et