ABA “Ernst&Young” şirkəti ilə əməkdaşlıq edəcək | Banco.az

ABA “Ernst&Young” şirkəti ilə əməkdaşlıq edəcək

14 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin “Ernst&Young” şirkətinin nümayəndələri ilə görüşü baş tutub. Görüşdə  ABA-nın icraçı direktoru Yunus Abdulov,  “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov, “Ernst&Young” şirkətinin Zəmanət Xidmətləri partnyoru Turqay Teymurov və Vergi və Hüquq xidmətləri üzrə baş menecer Ülvi Yusifov iştirak edib.

Görüş zamanı ABA-nın “Ernst&Young” la əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin ABA-nın müvafiq qurumları ilə birgə həyata keçirə biləcəkləri layihələr ətrafında fikir mübadiləsi aparılıb. Belə ki, ABA-nın nəzdindəki “Hüquqi məsələlər” üzrə Ekspert Qrupu və  “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlıq” üzrə Ekspert Qrupu ilə bir çox layihələrin baş tutması imkanları müəyyən olunub.

Ən sərfəli kredit üçün müraciət et

Növbəti həftə sözügedən ekspert qruplarının üzvləri üçün IFRS 9 (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) barədə qrup iclaslarının keçirilməsi və bu standartlarla bağlı ətraflı məlumatlar verilməsi qərara alınıb. Qeyd edək ki,  qrup üzvlərinin qeyd olunan standartlar barədə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Mənbə: Bbn.az