24 sentyabr 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən həyata keçirilən Təcrübə Mübadiləsi Proqramı çərçivəsində ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə ekspert qrupunun Türkiyə Respublikasında Yapı Kredi Bank ilə görüşü baş tutub.
Ekspert qrupunda təmsil olunan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mərkəzi Bankın və bir sıra bankların nümayəndələrinin əməkdaşların iştirak etdiyi görüşdə Yapı Kredi BankınKartlar üzrə Marketinq departamentinin direktoruSabri İnci və Üzv Ticarət Obyektləri üzrə Marketinq və Partnyorlarla Əlaqələrin İdarəedilməsi departamentinin direktoru Aslı Ulusoy tərəfindən bankın ödəniş kartları bazarı, loyallıq proqramları, kart infrastrukturu ilə işin təşkili, tətbiq olunan yeniliklər mövzusunda təqdimat keçirilərək ətraflı məlumat verilib.
Görüş zamanı Azərbaycanda ödəniş kartları bazarında mövcud vəziyyəti və bu istiqamətdə bank işinin təkmilləşdirilməsi üzrə atılacaq addımlar müzakirə edilib.
İlk dəfə reallaşdırılan təcrübə mübadiləsi proqramı Türkiyə və Azərbaycan bankarı arasında rəqəmsal ödənişlər sahəsində qarşılıqlı təcrübə və bilik mübadiləsinin genişlənməsinə, yeni tərəfdaşlıq əlaqələrinin müəyyən edilməsinə imkan verir.