ABA-da "Valyuta tənzimi haqqında" qanunla bağlı təkliflərə baxılıb | Banco.az

ABA-da "Valyuta tənzimi haqqında" qanunla bağlı təkliflərə baxılıb

Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Valyuta tənzimi haqqında” qanun və Mərkəzi Bankın “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dair üzvlərin rəy və təkliflərinə baxılıb. 

Bu barədə Banco.az-a ABA-dan məlumat verilib.

İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının və ABA-ya üzv təşkilatların nümayəndələri, ABA-nın hüquqi məsələlər üzrə ekspert qrupunun sədri Qorxmaz Ağayev və daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə ekspert qrupunun sədri Zakir Kazımov iştirak ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Görüşdə üzv təşkilatlar tərəfindən bank müştərisi olan hüquqi və fiziki şəxslərin fəaliyyətini asanlaşdıracaq təkliflərin ilkin müzakirəsi olub və digər iştirakçıların münasibəti öyrənilib. Sonda təkliflərin yenidən işlənilərək, aidiyyəti qurumalara ünvanlanmasına qərar verilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür. 

Ən sərfəli krediti almaq üçün müraciət et