AB-dən Fələstin üçün təəccüblü qərar - Ödənişlər dondurulub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

AB-dən Fələstin üçün təəccüblü qərar - Ödənişlər dondurulub

Müəllif:Mehin Qasımova/Banco.az 

Gərginliyin pik həddə çatdığı Yaxın Şərqdə böhran daha da  böyüyür.

Banco.az xəbər verir ki, Avropa Birliyi Fələstinə bütün yardım və layihələri dayandırdığını açıqlayıb. 

Avropa İttifaqı (Aİ) Komissiyasının üzvü Oliver Varhelyi İsrail ilə Fələstin arasındakı müharibəyə diqqət çəkərək, bundan sonra hər şeyin əvvəlki kimi olmayacağını vurğulayıb. 

Fələstinin ən böyük donorunun AB olduğunu bildirən Varhelyi, komissiyanın 691 milyon avro dəyərində olan bütün inkişaf yardımlarını araşdırdığını bildirib.

Bu çərçivədə ödənişlərin dayandırıldığını və bütün layihələrin nəzərdən keçiriləcəyini və 2023-cü ili əhatə edən bütün yeni büdcə təkliflərinin təxirə salındığını açıqlayıb.

Sülh və tolerantlığa toxunan Varhelyi, şiddət və əxlaqın bir çox beyinləri zəhərlədiyini və buna qarşı hərəkətə keçəcəklərini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram