A​MB yeni sığortaçı axtarır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

A​MB yeni sığortaçı axtarır

Azərbaycan Mərkəzi Bankı (AMB) öz əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tender keçirir. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, şirkət noyabrın 27-dən başlayaraq bir il müddətinə xidmət göstərməlidir.

İddiaçı tender təklifi və tender təklifinin bank təminatını sentyabrın 14-ü saat 18.00-dək, digər tələb olunan sənədləri isə ən geci sentyabrın 1-i saat 18.00-dək AMB-nin Bakı şəhəri, R.Behbudov küçəsi,32 ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. İştirak haqqı 150 manatdır.

Tender proseduru sentyabrın 15-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək.