9,2 milyard dollar qazanan şüar | Banco.az

9,2 milyard dollar qazanan şüar

Nike komandasının gördüyü işi müşahidə edib, təsirlənən «Weiden & Kennedy» şirkətinin əməkdaşı: Uşaqlar, siz möhtəşəmsiniz!  Tam olaraq isə cümlə: «You Nike guys, you just do it» kimi səslənirdi.

Məhz bu şüar və onun əsasında ərsəyə gələn növbəti reklam kampaniyası sayəsində şirkət çətin anlarını geridə qoymağı bacardı. Qeyd edək ki, şirkət o zamanlarda rəqibi Reebok heç cür üstələyə bilmirdi.

1988-1989-cu illərdə şirkət reklam kampaniyası yaradaraq “Just do it” şüarı üzərində uğurlu PR strategiyası qurdu. Görülən işlərin uğuruna damğanı isə bazardakı hissələrin artıq 18 deyil 43% sahib olması idi. Əsas göstərici olaraq isə satışın bir il ərzində  877 milyon dolları geridə qoyaraq 9,2 milyarda qədər artması oldu.

Bütün bunlar Nike təsisçisi Fil Nayt-a sadə bir həqiqəti öyrətdi. İnsanlar məhşur brendin məhsullarını satın almağa meyillidirlər. Çünki onlar belə məhsulu daha keyfiyyətli, güvənilən və dözümlü hesab edir. Bu amil istehsalçıya idxal etdiyi məhsulu daha baha və böyük həcmdə satmağa imkan verir. Bu tip satışdan əldə edilən vəsait isə rəqibləri 1-0 geridə qoymaq imkanı verir.

Ən sərfəli kredit üçün müraciət et

Nike – brend olaraq məhsulu deyil, insanları reklam edirdi. Şirkət alıcıları çəkdiyi reklam çarxları vasitəsilə məhsulunun - dəbli, maraqlı və keyfiyyətli olduğunu izah edə bildi.

«Just Do It» - şüar olaraq insanlara onların özlərini görmək istədikləri kimi olmağı aşıladı. Birinci olmaq istəyirsəndə Nike al, reklamda gördüyün insanlardan biri olmaq istəyirsənsə sadəcə Nike almaq yetər.

1980-cı illər Nike şirkətinin inkişafı üçün yaxşı zəmin yaratdı. Çünki o illərdə Amerika qitəsində insanlar kütləvi olaraq idman ilə məşğul olmağa başladı. Nike bu vəziyyəti nəzərə alıb, idmanın inkişafını dəstəkləyir və yenə də, uğurunu bir daha təsdiq edir.

Just do it – adi Nike şirkətini multimilyarder ayaqqabı istehsalçısına çevirdi. Nike məşhur koorporasiya olaraq  adını Coca-Cola, P&G, Gillette kimi biznes nəhənglərin siyahısına həkk etdi. Nike – dünyanın sevimli və ən çox satılan idman brendi olmağı bacardı.

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et