90 dövlət əmlakı hərraca çıxarılır | Banco.az

90 dövlət əmlakı hərraca çıxarılır

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərraclar 1 və 8 avqust tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 90 dövlət əmlakı çıxarılacaq.

Banco.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, onlardan 13-ü kiçik dövlət müəssisə və obyekti, 77-si isə nəqliyyat vasitəsidir.

1 avqust tarixində keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Avropa istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2005-2014-cü illəri əhatə edir.

8 avqust tarixində keçiriləcək hərraca çıxarılan kiçik dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, kənd klubu da var. Obyektlərin ən aşağı start qiyməti 750 manat, ən yuxarı ilkin qiyməti isə 751 500 manatdır.

Hərraca çıxarılan əmlakların siyahısı ilə bu keçiddən tanış olmaq mümkündür: https://clck.ru/33TqtH

Ən sərfəli kredit üçün müraciət et

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram