9-cu Azərbaycan Mikromaliyyə Konfransı baş tutacaq | Banco.az

9-cu Azərbaycan Mikromaliyyə Konfransı baş tutacaq

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Sizi 22-23 noyabr 2018-ci il tarixlərində Dayanıqlı İnkişaf üçün Potensialları Reallaşdıraq” mövzusuna həsr olunacaq 9-cu Azərbaycan Mikromaliyyə Konfransına dəvət edir.

Siz də tənzimləyici hökumət orqanları, Azərbaycan bazarında , o cümlədən Mərkəzi Asiya , Avropa və Qafqazda fəaliyyət göstərən mikromaliyyə institutları və xidmət təminatçıları, beynəlxalq və yerli investor və donor təşkilatları ilə  görüşmək və mikromaliyyə təşkilatlarının fəaliyyətini stimullaşdırılması yolları, mikromaliyyənin böhrandan öyrənilmiş dərsləri, məsuliyyətli kreditləşmə və həddindən artıq borclanma, özəl kredit bürosunun rolu, mikrokreditləşmənin rəqəmsallaşmasında və kənd təsərrüfatı maliyyəsində mövcud olan çətinliklər və imkanlar, həmçinin mikromaliyyə təşkilatlarının alternativ maliyyələşdirilməsi alətləri haqda geniş müzakirələrdə iştirak etmək istəyirsinizsə, www.amfa.az internet səhifəsində qeydiyyatdan keçməyə tələsin.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə məlumat əldə etmək üçün bizimlə [email protected] mail ünvanı və ya (012) 437 16 45 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.