88 yaşlı milyarderin təqaüdə çıxmaq istəməməsinə səbəb nədir? | Banco.az

88 yaşlı milyarderin təqaüdə çıxmaq istəməməsinə səbəb nədir?

Forbes jurnalının nüfuzlu 3-cü zənginlərindən olan, milyarder Uorren Baffet hər səhər tezdən oyanıb işə tələsməyinin sirrini açıb.

82,5 milyard  dollar varidata sahib olan investor, 11-yaşında ikən ilk dəfə yatırım etmişdir.

Ömrünün 88-ci ilini yaşasa da, hələ də işinin vurğunu və peşəkarıdır. U.Baffet, Times jurnalına verdiyi mühasibə zamanı, gümrahlığın yaşla heç bir əlaqəsi olmadığını bildirmişdir.

Səhmdar, ofisində çalışan 25 işçisinin hər gün onun həyatına rəng qatdığını və bunun qarşılıqlı olduğunu deyir. Baffet əməkdaşları birlikdə beysbol oyunlarına getməsindən söz açıb.  

Uorren Buffet Photo Daniel Acker/  Bloomberg via Getty Images

Hal-hazırda Baffet, Berkshire Hathaway investisiya şirkətinin baş rəhbəri, sədri və prezidenti vəzifəsində çalışır. Financial Times jurnalı qeyd edir ki:

Ən sərfəli kredit üçün müraciət et

Baffet – aramla addımlayır, eşitmə cihazından istifadə edir, axşam saatlarında isə avtomobilin sükanı arxasına keçmir. Lakin bütün bunlara baxmayaraq Baffetin eynək arxasında qalan gözləri işıq saçır. İnvestor, 3 saat ərzində fasilə vermədən jurnalistlərin suallarına cavab verə bilir. O, həftədə 3 dəfə McDonald's naggetsləri və Coca Cola ilə nahar etdiyini deyib. Baffet, hələ uşaqlıqdan kaloriya ehtiyatının bir hissəni Cola sayəsində əldə etdiyini bildirib.

Milyarder təqaüdə hələ ki, çıxmaq fikrinin olmadığını və böyük həvəslə ofisə gəldiyini bildirir.

Həftənin hər günü mənim üçün istirahət günüdür. Əgər  dünyanın başqa yerinə getmək istəsəydim, səyahət edərdim. Lakin mən məhz ofisə böyük məmnuniyyətlə gəlirəm. Əminliklə deyə bilərəm ki, özümü işdə dünyanın ən yaxşı 88 yaşlı insanı kimi hiss edirəm.

Müsahibələrin birində, Baffet ölümdən qorxmadığını, müxbirin isə “taxtaya döyün” kəlməsinə: O qəlibdən olan möhvumatlara önəm vermirəm - deyə bildirib.

Günel Gözəlova, Banco.az