83 milyon bank hesabından oğurluq edilib | Banco.az

83 milyon bank hesabından oğurluq edilib

Hakerlər Amerika bankları içində nəhəng qurum olan “JPMorgan Chase”ə aid 83 milyon hesab haqqında məlumatı ələ keçirib.

Məlumata görə, daha əvvəl bu rəqəm 1 milyon kimi qeyd edilirdi.

Oğurlananlar arasında 76 milyon şəxsi hesab və 7 milyon digər firmalara aid hesablar mövcuddur. Beləliklə bu oğurluq tarix boyu ən böyük kiberhücum hesab edilir.

Hakerlər “JPMorgan Chase”ə aid 90 serverə və bankın kompyuterlərində olan bütün proqramlara daxil ola biliblər. Məhz buna görə oğurluğun nəticələrinin məhv edilməsinə bir neçə ay tələb oluna bilər.

Kibercanilərin bankın kompyuterlərinə necə daxil ola bilməsi bu günə kimi anlaşılmır. Bununla yanaşı istintaq da dalana dirənib. Belə ki, hakerlər daxil olduqları hesabdan pul oğurladıqları barədə heç bir dəlil qoymayıblar. Buna görə də istintaq oğurluğun səbəbi kimi casusluq faktını da nəzərdən keçirir. Şübhəli ölkələr sırasında isə Cənubi Avropa ölkələri və əlbətdəki qisasın bu yönünə tez-tez müraciət edən Rusiya var. 

Ən sərfəli kredit üçün müraciət et

ANS PRESS

Ən sərfəli krediti almaq üçün müraciət et