2014-cü ilin yanvar-oktyabr aylarında əhali ümumi gəlirinin 820 milyon 800 min manatını (ümumi gəlirin 2,7 faizi) kredit faizlərinə ödəyib.
Bu haqda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumatda həmçinin əhalinin hər bir nəfərinə düşən gəlirlərin keçən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artdığı da bildirilib. Belə ki, bu ilin yanvar-oktyabr ayları ərzində hər bir nəfərə düşən gəlir 3229,5 manat təşkil edib. Bu da orta aylıq hesabla 322,9 manat deməkdir.
Dövlət Statistika Komitəsi həmçinin əhalinin gəlirlərini nəyə sərf etdiyini də açıqlayıb. Bildirilib ki, əhalinin əldə etdiyi 30,4 milyard manatın 70 faizini istehlak xərclərinə, 9,1 faizini vergi, sosial sığorta və könüllü üzvlük haqlarına, 2,7 faizini isə kredit faizlərinin ödənilməsinə sərf edib. Komitənin məlumatına görə, qalan 18,2 faizi isə yığıma yönəldilib.
Mənbə: ANS PRESS