81 sığorta agentinin fəaliyyəti dayandırılıb | Banco.az

81 sığorta agentinin fəaliyyəti dayandırılıb

2014-cü ilin sonundan etibarən Azərbaycanda 46 sığorta agentinin lisenziyası geri çağırılıb, 81 agentin lisenziya fəaliyyəti müvəqqəti dayandırılıb. Bunu Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov III Milli Sığorta Agentləri Forumunda deyib.

Onun sözlərinə görə, 2014-cü il dekabrın 8-dən bu günədək 46 sığorta agentinin lisenziyası geri çağırılıb, 10 sığorta agenti fəaliyyətinin dayandırlması ilə bağlı özü müraciət edib, 81-nin isə lisenziyası 6 ay müddətinə dayandırılıb".

Ən sərfəli kredit üçün müraciət et

M.İsrafilov qeyd edib ki, Azərbaycanda 900-dən çox sığorta agenti qeydiyyata alınsa da, onlardan çoxu faktiki olaraq fəaliyyət göstərmir və ya fəaliyyətlətini artıq dayandırıblar: "Bununla belə, onlar Dövlət Sığorta Nəzarəti Xidmətinə fəaliyyətlərini dayandırmaq haqqında ərizə təqdim etməyiblər".

O əlavə edib ki, sığorta agentləri hər rüb fəaliyyətləri ilə bağlı hesabat təqdim etməldirlər: "Lakin təəssüf ki, hamı belə etmir. Hazırda təqribən 800 sığorta agenti 2014-cü ilin III və IV rübün yekunları üzrə hesabat təqdim ediblər, ancaq 100-dən çoxu hələ də bunu etməyib".

trend.az