8 və 16 may tarixlərində avtobuslar işləyəcək? - AÇIQLAMA | Banco.az

8 və 16 may tarixlərində avtobuslar işləyəcək? - AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi 8 və 16 may tarixlərində avtobusların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib. 

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin  verdiyi xəbərə görə, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarına əsasən, 8 və 16 may rəsmi iş günləri hesab edilir. 

Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram