Müəllif: Tamara Mustafayeva, Banco.az
“X” sosial media platformasının icraçı direktoru Linda Yakkarino dekabr ayında 10 milyondan çox insanın platformada qeydiyyatdan keçdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, Linda Yakkaarino idarə etdiyi “X” sosial media platforması (əvvəllər Twitter kimi tanınırdı) vasitəsilə verdiyi açıqlamada dekabr ayının ilk 8 günü ərzində 10 milyondan çox insanın qeydiyyatdan keçdiyini bildirib.
Yakkarinonun bu bəyanatı “Apple”, “Warner Bros”, “Disney”, “IBM”, “Paramount Global”, “Lions Gate Entertainment”, “NBCUniversal”, “Discovery” və “Comcast” kimi bir çox şirkətin İlon Maskın antisemit kimi qəbul edilən tvitinə görə bir çox təşkilatın "X"dəki reklamlarını ləğv etməsindən sonra yayımlanıb.
Qeyd edək ki, “New York Times” nəşrinə görə, “X” platforması reklamların ləğvi səbəbindən ilin sonuna qədər 75 milyon dollara qədər reklam gəliri itirmək riski daşıyır.
Bizi sosial şəbəkələrdən izləyin!!