8 bankın əməliyyat xərcləri azalıb | Banco.az

8 bankın əməliyyat xərcləri azalıb

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 8-nin ötənilki əməliyyat xərcləri əvvəlki ilə nisbətən az olub.

Bunlar "Azər-Türk Bank", "Access Bank", "Amrah Bank", "Bank Avrasiya", "Premium Bank", "Yapı Kredi Bank Azərbaycan", "AFB Bank" və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (36,4%), ən az azalma isə "Azər-Türk Bank"da (0,8%) qeydə alınıb.

Qalan 21 bank isə əməliyyat xərclərini artırıb. Bu baxımdan ən yüksək dinamika "Turan Bank"da (2,9 dəfə), ən aşağı dinamika isə "AGBank"da (3,4%) qeydə alınıb.

4 bankın əməliyyat xərcləri 100 milyon manatdan çoxdur

Ən sərfəli kredit üçün müraciət et

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 4-nün ötənilki əməliyyat xərcləri 100 milyon manatdan çox olub.

Bunlar "Kapital Bank" (273,156 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (263,83 milyon manat), "PAŞA Bank" (163,752 milyon manat) və "Access Bank"dır (110,029 milyon manat).

Qalan 25 bankdan 7-də əməliyyat xərcləri 50-100 milyon manat arasında, 14 bankda 10-50 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.

"Renkinq"

Ən sərfəli krediti almaq üçün müraciət et