Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-i müştərilərinə depozit qutuları (seyfləri) təklif etmir.
Həmin banklar "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey", "Express Bank", "Naxçıvan Bank", "Turan Bank" və "Zıraat Bank Azərbaycan" ASC-lər, eləcə də İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.
Qalan 22 bankda isə müxtəlif ölçülərdə olan depozit qutularından istifadə etmək mümkündür. Onların aylıq icarə haqları 8 manatdan 300 manata qədər dəyişir.
| № | Bankın adı | Bankın təklif etdiyi depozitqutularının (seyflərinin) aylıq icarəsinin qiyməti (manatla) | 
| 1 | Access Bank | 20 - 80 | 
| 2 | AFB Bank | 10 - 60 | 
| 3 | AGBank | 15 - 200 | 
| 4 | Amrah Bank | 10 - 100 | 
| 5 | Atabank | 30 - 150 | 
| 6 | Azərbaycan Beynəlxalq Bankı | 10 - 50 | 
| 7 | Azərbaycan Sənaye Bankı | - | 
| 8 | Azər-Türk Bank | 20 - 70 | 
| 9 | Bank Avrasiya | 14 - 400 | 
| 10 | Bank BTB | 15 - 40 | 
| 11 | Bank of Baku | 10 - 55 | 
| 12 | Bank Respublika | 30 - 80 | 
| 13 | Bank Silk Vey | - | 
| 14 | Bank VTB Azərbaycan | 15 - 60 | 
| 15 | Express Bank | - | 
| 16 | Günay Bank | 300 | 
| 17 | Xalq Bank | 8 - 20 | 
| 18 | İran Milli Bankı - Bakı | - | 
| 19 | Kapital Bank | 30 - 75 | 
| 20 | Muğan Bank | 30 - 50 | 
| 21 | Naxçıvan Bank | - | 
| 22 | NBC Bank | 18 - 26 | 
| 23 | Nikoyl Bank | 17 - 25 | 
| 24 | Pakistan Milli Bankı - Bakı | - | 
| 25 | PAŞA Bank | Açıqlamayıb | 
| 26 | Rabitəbank | 15 - 20 | 
| 27 | Turan Bank | - | 
| 28 | Unibank | 30 - 100 | 
| 29 | Yapı Kredi Bank Azərbaycan | 15 - 25 | 
| 30 | Zıraat Bank Azərbaycan | - | 
© Renkinq

 
                        
                        
                        
                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                    