8 bank filialı bağlanıb | Banco.az

8 bank filialı bağlanıb

Bu ilin I rübündə banklara məxsus 8 filial bağlanıb.

" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verilir ki, yanvar ayından aprelin 1-dək bankların ümumilikdə 8 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, martın sonunda bu göstərici 561-ə qədər azalıb.

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, martda şöbələrin sayı 137-yə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə bankomatların sayında da artım qeydə alınıb. Belə ki, son üç ayda ATM-lərin sayı artaraq 2471-ə yüksəlib.

Qeyd edək ki, cari ilin ilk rübündə ölkədə 32 bank fəaliyyət göstərib.

Mənbə: Apa.az