Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 8 ayda 337.7 milyon manat kredit verilib.
Bu, ötən ilin eyni dövrü ilə (349.6 milyon manat) müqayisədə 11.9 milyon manat və ya 3.4% azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 280.7 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!