Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-avqust aylarında 10 milyard 308 milyon 18 min ABŞ dolları dəyərində 16 milyon 475 min ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2%, neftin həcmi isə 11% azalıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 56,54% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!