70%-ni Azərbaycan alıb | Banco.az

70%-ni Azərbaycan alıb

Azərbaycan 2019-cu ilin əvvəlindən etibarən Rusiya Federasiyasının Ulyanovsk vilayətindən taxılın ən iri idxalçısı olub.

Bu barədə Rusiya KİV-ləri xəbər verir.

Belə ki, bu ilin yanvar-avqust aylarında Ulyanovsk vilayətinin ixrac etdiyi taxılın təxminən 70%-ni Azərbaycan alıb.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin əvvəlindən Ulyanovsk vilayətindən 25,54 min ton taxıl və taxıl emalı məhsulları ixrac edilib. Azərbaycana tədarükün həcmi 17,81 min ton təşkil edib.

© İnterfaks-Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et