7 sığorta şirkətinin gəlirləri 30 milyon manatdan çoxdur | Banco.az

7 sığorta şirkətinin gəlirləri 30 milyon manatdan çoxdur

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 7-nin ötənilki gəlirləri 30 milyon manatdan çox olub.

Bunlar "PAŞA Həyat Sığorta" (196,978 milyon manat), "PAŞA Sığorta" (151,204 milyon manat) ASC-lər, "Azərsığorta" (54,371 milyon manat), eləcə də "İpək Yolu Sığorta" (39,191 milyon manat), "Atəşgah Sığorta" (39,048 milyon manat), "Atəşgah Həyat Sığorta" (36,942 milyon manat) və "Qala Sığorta" (31,022 milyon manat) ASC-lərdir.

Qalan 14 sığorta şirkətindən 8-nin gəlirləri 11-27 milyon manat arasında, 5 şirkətin gəlirləri 1-7 milyon manat arasında, 1 şirkətin gəlirləri isə 1 milyon manatdan azdır.

Renkinq

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et