7 milyard dollarlıq seçki | Banco.az

7 milyard dollarlıq seçki

Hindistanda bu gün başlayan və 19 Maya qədər davam edəcək dünyanın ən uzun seçki prosesində təxminən 900 milyon seçici səs verəcək. Seçkinin xərci təxminən 7 milyard dollar olaraq hesablanır.

Çindən sonra 1 milyard 340 milyon əhalisilə dünyanın ən böyük ikinci ölkəsi Hindistanda bir aydan uzun davam edəcək seçki prosesi 11 Apreldə başlayıb.

Hindistan Seçki Komissiyası, 29 əyalətdə keçiriləcək seçkilərin 19 Maya qədər 7 mərhələdə həyata keçiriləcəyini bildirib. Seçki nəticələrinin Mayın 23-də açıqlanması nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Paytaxt Yeni Dehlidə Media Araşdırmaları Mərkəzinin proqnozlarına görə, 2019 seçkilərinin xərci 500 milyard rupi (təxminən 7 milyard dolları) təşkil edəcək.

Hakimiyyətdəki Hindu millətçi Hindistan Xalq Partiyası (BJP) və ölkənin qurucu partiyası olan mərkəz-sağ meylli Hindistan Konqres Partiyası (INC) seçkilərdə ən güclü iki partiya olaraq önə çıxır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et