7 ən peşəkar bank qarəti | Banco.az

7 ən peşəkar bank qarəti

Bank qarətləri ölkəmizdə demək olar ki, baş verməsə də, dünya praktikasında bu hala tez-tez rast gəlinir. Xarici xəbərlərdə mütəmadi olaraq hansısa bankın soyğuna məruz qaldığını eşidirik. Bugünki məqaləmizdə sizə dünyanın müxtəlif yerlərində həyata keçirilən ən professional 7 bank qarəti haqqında danışacağıq.

Təcrübələr və bank qarətləri ilə bağlı müxtəlif informativ yazılar göstərir ki, bank soyğunçuları hələ lap körpəlikdən, fərqli tərbiyə almış, fərqli şərtlər altında böyümüş, xüsusi təlim görmüş şəxslər olurlar. Təbii ki, söhbət peşəkar oğrulardan gedir. Çıxılmaz vəziyyətdə olan və özünə nəzarəti itirmiş ənənəvi küçə cinayətkarlarından fərqli olaraq bank soyğunçuları hər bir addımı yüz ölçüb, bir biçirlər. Çünki onlar əməlləri uğursuzluqla bitərsə, aqibətlərinin həbsxana ilə nəticələnəcəklərini çox yaxşı başa düşürlər. Bu səbəbdən missiyaya başlamazdan əvvəl misilsiz, səhvsiz plan işləyib hazırlayırlar.

Ən peşəkar 7 bank soyğunu faktını diqqətinizə çatdırırıq:

  1. Yaxın Şərq Britaniya Bankı: "Brute" Force.  Bu qarət Beyrut Vətəndaş Müharibəsi illərində baş verib və nə az nə çox 1 həftə davam edib. 20 yanvar 1976-cı ildə xüsusi təşkilatlanmış bir dəstə Fələstin Azadlıq Təşkilatı ilə birləşərək Yaxın Şərq Britaniya Bankından $ 210 milyon oğurladı. Qanqsterlər bankın kiləsəyə bitişik divarını dağıtdılar. Deposit qutularını ələ keçirmək üçün isə, korsikalı çilingərlərin köməyindən yararlandılar.
  2. Brinkin MAT Deposu: "Alovlu" Oğurluq. Siz Brinkin MAT Deposu qarətini bütün zamanların ən bədnam oğurluğu siyahısında saxlaya bilərsiniz. Hadisə 1983-cü ilin 20 noyabrında Heathrow Aeroportunda baş verib. Belə ki, 6 nəfər quldur bankın hava limanındakı vəsaitlərinə hücum edərək 30 mln $ dəyərində brilyant, qızıl külçə və nağd pul oğurlayıblar. Şirkətin təhlükəsizlik işçisi olan Anthony Black də oğrularla əməkdaşlığa məcbur olub. Belə ki, soyğunçular onu benzin və digər zərəri qazlar vasitəsilə müqavimət göstərə bilməyəcək vəziyyətə gətiriblər. Onlara kömək etməyəcəyi təqdirdə orda olan hamını alova qərq edəcəkləri ilə hədələyiblər. Cinayət hadisəsi öz adını məhz burdan alıb. Lakın soyğun iştirakçıları sonda həbs olunublar.  Oğrulardan biri, Micky McAvoy 25 il müddətinə azadlıqdan məhrum edilib, Black isə təhlükəsizlik tədbirlərinin detallarını açıqladığı üçün altı il həbs cəzasına məhkum edilib.
  3. Ən sərfəli kredit üçün müraciət et

    yle="color:#800080">Knightsbridge Depozit Oğurluğu: "İtaliyan" İşi.
    Oğurluq Valerio Vicceinin təşkilatçılığı ilə 12 iyul 1987-ci ildə baş verib və bu gün təxminən 154,7 milyon dollar dəyərində olan  66 milyon $  vəsait bankdan oğurlanıb. Onlar banka müştəri qismində daxil olublar və sonra təhlükəsizlik işçilərini zərərsizləşdiriblər. bank qapısına “bağlıdır” işarəsini qoyduqdan sonra isə dərhal deposit qutularının qarətinə başlayıblar. Valerio Viccei İtaliya məhkəməsi tərəfindən 22 illik həbsə məhkum olunub. 2000-ci ildə isə həbsdən çıxdıqdan bir neçə gün sonra polis tərəfindən açılan atəş nəticəsində həyatını itirib.
  4. Dunbar, Zirehli Oğurluq: "Müfəttişin" Cinayəti. Quldurluq bankın regional təhlükəsizlik müfəttişi, Allen Pacein köməkliyi ilə 1997-ci ildə baş verib. Belə ki, o əvvəlcədən   Los Angeles avtomobil anbarınnın məxvi fotoşəkillərini sui-qəsdçilərə yayıb. Oğrular mühafisəiçiləri zərərsizləşdirərək, U-Haul yük maşınına 19 milyon dollar dəyərində pul yükləyərək, hadisə yerindən uzaqlaşıblar. Allen Pace sonradan həbs olunaraq, 22 il müddətinə azadlıqdan məhrum edildi.
  5. Loomis Farqo və Şirkət: "Sürücü" Planı. Şirkət Floridada 1997-ci ildə böyük soyğuna şahidlik etdi. Şirkətin zirehli avtomobil sürücüsü Philip Noel Johnson oğrularla əlbir olaraq, 18 mlyn dollar qarət etdi. O sonralar Meksika ilə ABŞ sərhədində tutularaq 25 illik həbs cəzası aldı.
  6. Şimal Bankının Oğurluğu: "Ailə" sevgisi. Qarət nəticəsində, 2004-cü ildə oğrular bankdan 30 mln funt sterlinq həcmində qiymətli kağız və daşqaş çıxara biliblər. qarətçilər 2 bank əməkdaşını ələ alaraq, onların ailə üzvlərindən girov kimi istifadə ediblər. İstintaq hələ də davam edir.
  7. Fortaleza Mərkəzi Bankı: "Yeraltı" çalışma. Dünya praktikasında müşahidə olunan ən müdhiş bank hadisələrindən biri 2005-ci ildə Braziliyada gerçəkləşib. Cinayətkarlar banka yetməkdən ötrü 260 fut dəriniyində tunel qazıblar. Hətta tuneli elektirk işiqları ilə təchiz olunmuş nəhəng otaq şəklinə salmağı da bacarıblar. Qarət həftə sonu baş verdiyindən, mühafizəççilər bu barədə yalnız Bazar ertəsi xəbər tutublar. Bu isə qarətçilərə 79.1 mln  $ dəyərində pulu götürərək uzaqlaşmağa kömək olub. Düzdür, soyğunun 40-a yaxın iştirakçısı sonradan həbs olunsa da cəmi 8 mln  $ banka qaytarılıb. Yerdə qalan məbləğin taleyi isə heç kəsə bəlli deyil.