7 bankın balans kapitalı 100 milyon manatdan çoxdur | Banco.az

7 bankın balans kapitalı 100 milyon manatdan çoxdur

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin balans kapitalı 100 milyon manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 280,004 milyon manat), "PAŞA Bank" (391,445 milyon manat), "Kapital Bank" (323,494 milyon manat), "Xalq Bank" (272,761 milyon manat), "Premium Bank (147,893 milyon manat), "Express Bank" (147,268 milyon manat) və "Atabank"dır (144,453 milyon manat).

Qalan 23 bankdan 18-də balans kapitalı 50-100 milyon manat arasında, 5 bankda isə balans kapitalı 10-50 milyon manat arasındadır. 

9 BANKIN BALANS KAPİTALI AZALIB

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin balans kapitalı illik müqayisədə azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar Pakistan Milli Bankının Bakı filialı, "Turan Bank", "Bank of Baku", "Atabank", "Bank Avrasiya", "AGBank", "Access Bank" və "Amrah Bank"dır. Ən çox azalma "Amrah Bank"da (32,7%), ən az azalma isə Pakistan Milli Bankının Bakı filialında (0,6%) qeydə alınıb.

1 bankın - "Azər-Türk Bank"ın balans kapitalı demək olar ki, dəyişməyib.

21 bank isə balans kapitalını artıra bilib. Ən yüksək dinamika "Azərbaycan Beynəlxalq Bankı"nda (3,5 dəfə), ən aşağı dinamika isə "Rabitəbank"da (1,5%) baş verib.

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et