7 bank Mərkəzi Bankdan 113 milyon dollar aldı | Banco.az

7 bank Mərkəzi Bankdan 113 milyon dollar aldı

Yanvarın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib.

AMB-dən Trend-ə verilən məlumata görə, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Ən sərfəli kredit üçün müraciət et

Hərracda iştirak edən 7 bank tərəfindən məcmu tələb 113,260 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.

Ən sərfəli krediti almaq üçün müraciət et