7 ayda əhalinin 1 nəfəri orta hesabla ərzağa nə qədər pul xərcləyib? | Banco.az

7 ayda əhalinin 1 nəfəri orta hesabla ərzağa nə qədər pul xərcləyib?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi bu ilin yanvar-iyul aylarında ərzaq məhsullarına 16 milyard 327 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin 7 ayı ilə müqayisədə 2,1% çoxdur. 

Məlumata görə, hesabat aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 452,2 manatlıq, o cümlədən 249,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 202,7 manatlıq qeyri-ərzaq malları alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram