Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,6% daha çox (14 915) aviareys təşkil olunub.
Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, cari ilin 7 ayında ölkədən ən çox reys Rusiyaya (4 342) istiqamətində olub.
İkinci yerdə Türkiyə (3 322), üçüncü yerdə isə 1 752 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyaya təşkil edilmiş reyslərin sayı 3 890, Türkiyəyə 3 098, Birləşmiş Ərəb Əmirliklərinə isə 1 316 olub.
Bizi sosial şəbəkələrdən izləyin!!