65 yaşlı xanımın nağıllarını gerçəkləşdirən Bank | Banco.az

65 yaşlı xanımın nağıllarını gerçəkləşdirən Bank

Müsahibimiz Fazilə Əliyevadır..

Fazilə Əliyeva Azərbaycanın ilk taksit kartının “Bolkart”ın 5 yaşının tamam olması münasibətilə 1 ay boyunca keçirilən “Bolkartla Qazan” layihəsində hədiyyə qazanan 600 nəfərdən biridir. Fazilə xanım “Bolkartla Qazan” lotereyasının əsas hədiyyəsinin - Avropaya 2 nəfərlik səyahət paketi və Bolkart Diamond kartında 500 AZN pul mükafatının qalibi olub.

“Mən belə nağıllara inanmıram” ifadəsilə yaddaşlarda qalan Fazilə Əliyeva nağıl kimi Avropa səyahətindən artıq geri qayıdıb.

Qeyd edim ki, Fazilə xanımın 65 yaşı var. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbində tərbiyəçi müəllim işləyir.

3 nəvə nənəsi olan Fazilə xanım indiyə kimi heç bir ölkədə olmadığını qeyd edərək bildirdi ki, belə bir səyahətə çıxdığına hələ də inana bilmir.

Sizə qalibimizlə olan xoş söhbətimizi təqdim edirəm:

Bolkartla ilk tanışlığınız necə oldu?

Mən artıq 5 ilə yaxındır ki, Bolkart istifadəçisiyəm. Bank of Baku-ya nağd pul götürmək üçün müraciət edəndə mənə Bolkart haqqında məlumat verdilər. İlk öncə mən, daha sonra ailə üzvlərimizin hamısı Bolkart əldə etdi. Evdə hər kəsin öz Bolkartı var.

Lotereya dövründə nə qədər əməliyyat həyata keçirmişdiniz və kampaniyadan xəbərdar idinizmi?

Çox. Demək olar ki, bütün alış-verişlərimdə Bolkart-dan istifadə edirəm. Kampaniyadan isə tamamilə xəbərsiz idim. Mən sadəcə gündəlik  alış-verişlərimi Bolkart-la edirdim.

Lotereyanın uduş fonduna daxil olan əsas hədiyyə sizin oldu və ilk hisslərinizi bizimlə bölüşə bilərsinizmi?

Çox yaxşı xatırlayıram. Mən evdə olduğum zaman zəng gəldi və qalib olduğumu, səyahət qazandığımı bildirdilər. Sözün düzü bu zəngin reallığına inanmadım və düşündüm ki, kimsə mənimlə zarafat edir. Zəng edən şəxsə bildirdim ki, mən belə nağıllara inanmıram. Daha sonra əmin olanda ki, mən qalibəm və məni möhtəşəm bir səyahət gözləyir təbii ki, həyəcanlanmamaq mümkün deyildi. Mən hələ də  Avropaya səyahət etdiyimə inana bilmirəm. Bu mənə xoş bir yuxu kimi gəlir.

Səyahətinizdən bir gün əvvəl necə hiss edirdiniz?

İlk növbədə qeyd edim ki, mən heç vaxt hər hansı bir xarici ölkədə olmamışam. Bu mənim cavanlıq arzum idi və bu yaşımda Bank of Baku arzumu reallaşdırdı. Səyahətimdən bir gün əvvəlki sevinc və həyəcanı ifadə etmək isə mənim üçün çətindir. Sadəcə bunu deyə bilərəm ki, hər şey çox xoş idi.

Çox maraqlıdır, ətrafınızdakı insanların reaksiyaları necə oldu?

Onlar da inanmadılar. Hamı bunu deyirdi, təyyarəyə minməyincə biz buna inanmarıq.

Bəs, səyahətdən qayıtdıqdan sonra?

Hər kəs çox sevinirdi. Çəkdirdiyimiz şəkillərə baxdılar və mənim sevincimə şərik oldular.

Ən sərfəli kredit üçün müraciət et

Səyahətə kiminlə çıxmışdınız?

Həyat yoldaşımla.

Hansı ölkələrdə oldunuz?

Səyahətimiz bir həftə davam etdi. Macarıstan, Çexiya, Slovakiya, Avstriya və Almaniyanın şəhərlərində olduq.

Təəssüratlarınızı bölüşün zəhmət olmasa. Həmin ölkələrdə bir azərbaycanlı xanım olaraq sizin marağınızı nələr çəkdi?

Şəhərlərin gözəlliyi və xüsusilə küçələrin təmizliyi məni valeh etdi. Təbii ki, öz vətənimizin gözəlliyini heç bir yerə dəyişmək olmaz. Lakin, Avropa insanlarının sadəliyi və küçə mədəniyyətini bəyənməmək də mümkün deyildi.

Səyahətiniz zamanı Bolkartdan istifadə etdinizmi?

Bəli. Mən qalib olduğum üçün Bank of Baku tərəfindən əlavə olaraq Bolkart Diamond kartında 500 AZN ilə mükafatlandırılmışdım. Səyahətim zamanı Bank of Baku-nun təqdim etdiyi bütün imkanlardan yararlandım.

Səyahətiniz boyunca Bank of Baku sizinlə maraqlandımı?

Əlbəttə. Sağ olsunlar. Bizi istər səyahət müddətində, istərsə də sonrasında tək qoymadılar. Bunun üçün isə xüsusi olaraq təşəkkür edirəm.

 “Mən nağıllara inanmıram” demişdiniz. Bəs indi, “nağıl”lar haqqında nə düşünürsünüz?

“Bank of Baku” nağılları reallığa çevirdi. Artıq inanmaya bilmərəm.

Oxucularımıza son sözünüzü bilmək istərdim...

Hamıya sadəcə bunu deyə bilərəm ki, Bank of Baku həqiqətən real bir addım atdı. Mən bu yaşımda xəyallarımı reallaşdırdım. Siz də belə bir ailənin üzvü olmaq üçün tələsin. Çünki burada hər şey realdır.

Bank of Baku-ya mənim nağılımı reallaşdırdığı üçün bir daha təşəkkür edirəm.