60 trilyon dollarlıq iqtisadiyyatı idarə edən qurum toplanır | Banco.az

60 trilyon dollarlıq iqtisadiyyatı idarə edən qurum toplanır

ABŞ, Yaponiya, Çin, Almaniya və Türkiyə kimi ölkələrin yer aldığı G-20 təxminən 60 trilyon dollarlıq iqtisadiyyatı idarə edir.

Bloomberg”ə istinadən xəbər verilir ki, 7-8 iyulda keçiriləcək G-20 Sammitinə ev sahibliyini Almaniya edəcək.Tədbirdə azad ticarət, maliyyə bazarlarına nəzarət, terrorizm, miqrasiya məsələləri ətraflı müzakirə ediləcək.

G-20-nin üzvü olan 19 ölkə arasında adambaşına düşən milli gəlirə görə ABŞ (57 min 436 dollar) ilk sırada yer alır. Səudiyyə Ərəbistanında adambaşına düşən milli gəlir 55 min 158 dollar, Avstraliyada 48 min 899 dollar, Almaniyada 48 min 111 dollar və Kanadada 46 min 437 dollar təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Hindistan G-20 ölkələri arasında 6 min 616 dollarla ən aşağı adambaşına milli gəlirə malik ölkədir. 

G-20 ölkələri təxminən 60 trilyon dollarlıq iqtisadiyyatı idarə edir. Ümumi Daxili Məhsulun həcminə görə, ABŞ ilk sırada yer alır. Növbəti yerlərdə Çin, (11 trilyon 218 milyard dollar) Yaponiya (4 trilyon 939 milyard dollar), Almaniya (3 trilyon 467 milyard dollar) gəlir.

G-20-də qurum kimi təmsil olunan  Aİ-nin ÜDM 16 trilyon 408 milyarddır.

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et