6 bank zərərlə işləyib | Banco.az

6 bank zərərlə işləyib

2014-cü ilin noyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 38-i mənfəətlə, 6-sı zərərlə işləyib. Müqayisə üçün bildirək ki, bu ilin aprelində 11, mayında 10 bank, iyun- avqust aylarında isə 8 bank zərərlə işləyirdi. Sentyabr ayında da 6 bank zərər ilə işləyirdi.

Mərkəzi Banka istinadən deyə bilərik ki,  2014-cü ilin yanvar-oktyabr ayları ərzində  mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi xalis mənfəəti 393,63 milyon manat, zərərlə işləyən banklar üzə bank sektorunun xalis zərəri isə 32,26 milyon manat təşkil edib. Nəticədə, bank sisteminin yekun xalis mənfəəti 361,37 milyon manat təşkil edib, bu da 2013-cü ilin eyni dövrü ilə  müqayisədə 75,62 milyon manat və ya təxminən 26,5% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Marja