6 ay ərzində ölkədə verilmiş ümumi sığorta ödənişi nə qədərdir? | Banco.az

6 ay ərzində ölkədə verilmiş ümumi sığorta ödənişi nə qədərdir?

2018-ci ilin iyun ayında verilmiş sığorta ödənişlərinin həcmi 119 mln 303 min təşkil edir. Bu rəqəm, yanvar ayındakı sığorta ödənişi göstəricisindən 419% , keçən ay sığorta ödənişini göstərən kəmiyyətdən isə 22% çoxdur. Ölkədə yanvar ayından iyun ayına cəmi 419 mln 21 min sığorta ödənişi verilib. Bu da hər ay üzrə ortalama 69 mln 837 min sığorta ödənişinin ödənildiyini göstərir. 

İyun ayında könüllü sığorta ödənişlərinin həcmi 87 mln 16 min, icbari sığorta ödənişləri isə 32 mln 198 min təşkil edir. Bu o deməkdir ki, ümumi sığorta ödənişinin 73% könüllü sığorta, 27%-i icbarı sığorta ödənişidir. Könüllü sığorta ödənişinin 56% həyat, 44%-i qeyri-həyat sığortasıdır. İcbari sığorta ödənişinin isə 6%-i həyat, 94%-i qeyri-həyat sığortasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Könüllü qeyri həyat sığortasının 81%-i şəxsi, 19%-i əmlak sığortasıdır.

Sığorta ödənişi - sığorta şirkəti tərəfindən sığorta olunan şəxsin baş vermiş hadisə nəticəsində itirdiyi zərəri bərpa etməsi üçün müqavilə şərtlərinə uyğun olaraq ödənilən maliyyə vəsaitidir.

Ən sərfəli krediti almaq üçün müraciət et