6 ay ərzində ölkədə toplanmış ümumi sığorta haqqı nə qədərdir? | Banco.az

6 ay ərzində ölkədə toplanmış ümumi sığorta haqqı nə qədərdir?

2018-ci ilin iyun ayı üzrə toplanmış sığorta haqları 396 mln 371 min təşkil edir. Bu rəqəm yanvar ayındakı sığorta haqqı rəqəmindən (82 mln 760 min)  379%, keçən aykı rəqəmdən isə (350 mln 821 min) 13% çoxdur. Sığorta haqqı mart ayından sonra ciddi şəkildə artım göstərib. İyun ayına qədər 1 mlrd 454 mln 644 min sığorta haqqı toplanıb, bu da 6 ay üzrə ortalama 242 mln 441 min sığorta haqqının toplandığını müəyyən edir.

İyun ayında sığorta şirkətləri tərəfindən toplanmış könüllü sığorta haqqı 286 mln 839 min təşkil edir. Könüllü sığortanın 55%-i yəni, 158 mln 933 mini həyat,  45%-i yəni 127 mln 906 mini qeyri həyat sığortasıdır.  İcbari sığorta haqqında isə bu rəqəm 109 mln 533 mindir.   Onun 21 mln 300 mini , yəni 19%-i həyat sığortası , 88 mln 233 mini yəni, 81%-i qeyri həyat sığortasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Könüllü qeyri həyat sığortasının 46%-i şəxsi, 54%-i əmlak sığortasıdır.

Sığorta haqqı –  Sığorta müqaviləsində nəzərdə tutulmuş vaxtda və qaydada sizin sığorta şirkətinə ödədiyiniz pul  vəsaitidir.

Ən sərfəli krediti almaq üçün müraciət et