Müəllif:Mehin Qasımova/ Banco.az
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Administratoru Achim Steiner, bir çox inkişaf etməkdə olan ölkələrin inflyasiya təzyiqləri və faiz dərəcələrinin artması səbəbindən böyük borc böhranı ilə üzləşdiyini bildirib.
Banco.az xəbər verir ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna (WEF) qatılan Ştayner qlobal inkişafla bağlı sualları cavablandırıb.
Maliyyə vəziyyətinə toxunan Steiner bir çox inkişaf etməkdə olan ölkələrin böyük borc böhranı ilə üzləşdiyini vurğulayıb.
İnflyasiya təzyiqləri və faiz artımının inkişaf etməkdə olan ölkələrin, xüsusilə də ən az inkişaf etmiş ölkələrin borclarını ödəmək məcburiyyətində qaldıqları məbləğin əhəmiyyətli dərəcədə artmasına səbəb olduğuna diqqət çəkən Steiner 52 ölkənin defolt riski altında olduğunu qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!