500 avro nominalında pul əskinaslarının istehsalı dayandırılıb | Banco.az

500 avro nominalında pul əskinaslarının istehsalı dayandırılıb

Bu barədə Avropa Mərkəzi Bankı qərar qəbul edib.

500 avro nominalında pul əskinaslarının istehsalı dayandırılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Avropa Mərkəzi Bankı (AMB) qərar qəbul edib.

"500 avro dəyərində olan əskinaslar cinayət qruplar tərəfindən istifadə olunur"

Buna səbəb bu nominal dəyərin çirkli pulların yuyulması əməliyyatlarında daha geniş istifadə olunmasıdır.

Əskinasların buraxılışı təxminən 2018-ci ilin sonunda tam dayandırılacaq. Bu vaxt dövriyəyə yeni 100 və 200 avro əskinasları daxil olunacaq.

Əskinaslarda hər hansı dəyişikliklər olmayacaq. 500 avro əskinasları bundan sonra da qanuni ödəmə vasitəsi kimi istifadə olunmağa davam edəcək.

Son zamanlar Avropada 500 avro nominalında pul əskinaslarının sayı azalır. Bir müddət əvvəl AMB dövriyyədən onları getdikcə yığışdırmağa başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin ekspertləri bir neçə ay əvvəl bu ideyanı müzakirə ediblər. Bu addımın tərəfdarları bəyan edirlər ki, ən iri pul əskinasları çox vaxt kriminal strukturlar tərəfindən istfadə olunur.

Bu arada 2016-cı ilin əvvəlindən 500 avro nominallı əskinasların sayı 20 milyon azalıb. Onların hamısı AMB tərəfindən götürülüb. Hazırda dövriyyədə 594 417 006 belə əskinas qalıb.

Bu nominal dəyər çirkli pulların yuyulması əməliyyatlarında daha geniş istifadə olunduğundan Böyük Britaniyada puldəyişmə məntəqələri artıq bir neçə ildir 500 avroluq əskinasların satışını dayandırıb.

Britaniyanın ciddi cinayətlərlə mübarizə agentliyinin məlumatında bildirilir ki, Krallıqda dövriyyədə olan 500 avroluq əskinasların 90 faizi mütəşəkkil cinayətkarların əlində cəmləşib. Təşkilatın rəhbəri İana Krakstonun sözlərinə görə, 500 avro dəyərində olan əskinaslar cinayət qruplar tərəfindən gəlirləri gizlətməkdə istifadə olunur.

Böyük Britaniyada bu nominalda olan pulu almaq mümkün olmasa da, səyahətçilər və turistlər özləri ilə Britaniyaya gətirdikləri 500 avroluq əskinası asanlıqla dəyişə və ya xırdalaya bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et