5 suala 1 səyahət şansı! | Banco.az

5 suala 1 səyahət şansı!

Yay mövsümünü, insanların istirahətə necə can atdığını nəzərə alaraq, Portalımız Unibankın Baş sponsorluğu ilə Facebook istifadəçiləri arasında yeni bir əyləncəli layihəyə start verir. Bu dəfə layihədə iştirak etməklə səhifəmizin izləyiciləri həftəsonu  Proxy Travel Azərbaycan şirkəti tərəfindən təşkil edilən ölkədaxili tura iki nəfərlik bilet əldə etmək imkanı qazanacaqlar. Müsabiqəmiz bir ay 21 iyul -15 avqust tarixlərində davam edəcək

Bundan ötrü müsabiqədə iştirak etmək, hər gün veriləcək suala hamıdan tez və düzgün cavab vermək tələb olunur:

Müsabiqənin qaydaları

  1. Müsabiqə keçirilən müddət ərzində həftə içi, hər gün bir sual olmaqla 5 sual təqdim olunacaq.
  2. Suallara düzgün cavab verilən iştirakçılar, cavab vermə ardıcıllığına əsasən 10-1 bal arasında qiymət alacaq.
  3. 5 günün nəticəsinə əsasən ən çox bal toplayan iştirakçı Proxy Travel Azərbaycan şirkəti tərəfindən ölkəmizin gözəl guşələrindən birinə təşkil edilən tura iki nəfərlik bilet qazanacaq.

İştirak etmək üçün:

Ən sərfəli kredit üçün müraciət et

  • İştirakçılar banco.az səhifəsini like etməli, yəni səhifəmizin fanı olmalıdır:
  • Hər gün verilən sual postunu bəyənməli və öz profilində paylaşmalıdır (public olaraq);
  • Paylaşılan postlar yarışın nəticələri bəlli olana qədər silinə bilməz;
  • Hər bir iştirakçı bir sual ilə bağlı yalnız bir cavab variantı irəli sürə bilər;
  • Hər bir iştirakçı yalnız bir dəfə qalib ola bilər, əvvəlki yarışlarımızda qalib olan şəxslər bu layihədə iştirak edə bilməz.
  • Yarışda, müsabiqə elan edilən andan sonra yaradılmış facebook profilləri iştirak edə bilməz.

  Layihənin təşkilinə görə Baş sponsorumuz Unibank və tur təşkilatçımız Proxy Travel şirkətinə təşəkkür.

Ən sərfəli krediti almaq üçün müraciət et