5 maddədə bu həftə necə keçdi | Banco.az

5 maddədə bu həftə necə keçdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu həftə qlobal birjaların əsas gündəm mövzusu FED-in faiz qərarı, enerji məsələləri və ölkələrin inflyasiya göstəriciləri olub.

Banco.az həftənin maraqlı məqamlarının xülasəsini təqdim edir.

1) FED dördüncü dəfə 75 baza bəndi faiz artımı etdi

Amerika Federal Ehtiyat Bankı (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) ikigünlük iclasından sonra faiz qərarını açıqladı. Mərkəzi bank bazar gözləntilərinə uyğun olaraq faiz dərəcəsini 75 baza bənd artırmaqla monetar sərtləşdirmə siyasətini davam etdirdi.

2) Taxıl münaqişəsi həll olundu, buğdanın qiyməti ucuzlaşdı

Türkiyənin diplomatik təşəbbüslərindən sonra Rusiyanın taxıl sazişinə yenidən qoşulması ilə buğdanın qiyməti 6 faizdən çox ucuzlaşdı.

3) İngiltərə Mərkəzi Bankı 33 ilin ən böyük faiz artımı həyata keçirdi

İngiltərə Bankı (BOE) 40 ilin maksimumuna çatmış inflyasiyanı nəzarətdə saxlamaq üçün uçot dərəcəsini 75 baza bəndi artırmaqla 3 faizə çatdırdı. Bununla da, 1989-cu ildən sonrakı ən sərt faiz artımı reallaşdı. Bank izlədikləri yolun 2 illik tənəzzülə səbəb ola biləcəyinə dair proqnozu da bölüşdü.

Ən sərfəli kredit üçün müraciət et

4) Monetar sərtləşdirmə siyasətindən kənar qalan mərkəzi banklar bəlli oldu

İl ərzində dünya üzrə 7 bank kəskin faiz artımı etməməkləri ilə yadda qalıb. Bunlar Xorvatiya, Yaponiya, Livan, Anqola, Çin, Rusiya, Türkiyə mərkəzi banklarıdır.

5) Qlobal ərzaq qiymətləri cüzi dəyişkənlik göstərdi

FAO-nun Ərzaq Qiymətləri İndeksi 2022-ci ilin oktyabr ayında aylıq sabitliyini saxlasa da, illik əsasda 2 faiz artdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et