"5 il sonra özünüzü harada görürsünüz?" sualına necə cavab vermək olar? | Banco.az

"5 il sonra özünüzü harada görürsünüz?" sualına necə cavab vermək olar?

Müəllif: Gülnar Əhmədli, Banco.az

İş axtaran əksər insanın sıx-sıx qarşılaşdığı suallardan biri də "5 ildən sonra özünüzü harada görürsünüz?" sualıdır. Sual klişe ola bilər. Lakin bu suala cavabınız karyera seçimləriniz, prioritetləriniz və həyata ümumi baxışınızla bağlı bəzi əsas məsələlərdən ibarət olmalıdır. Bu suala verdiyiniz cavablar sual verən şəxsin sizinlə bağlı düşüncələrinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Sualı verərkən qarşı tərəfin əslində sizdən öyrənmək istədiyi şey şirkətdə karyeranızı yüksəltməkdə həvəsli olub-olmamağınız, niyə orada işləmək istədiyiniz və özünüzü müvafiq iş təşkilatının bir hissəsi kimi görüb-görmədiyinizdir.

Əlbəttə ki, bütün bu məsələlərlə bağlı verəcəyiniz cavablar və düşüncələriniz işə qəbul olub-olmamağınızı şərtləndirən mühüm amillərdəndir. Buna görə də, bu, vacib sualdır.

Həqiqətən inanır və istəyirsinizsə, 5 ilin sonunda özünüzü şirkət daxilində daha əhəmiyyətli bir vəzifədə görmək istədiyinizi ifadə edə bilərsiniz.

Bundan əlavə, 5 il ərzində müxtəlif sahələrdə şirkətə töhfə vermək məqsədinizin olduğunu qeyd etmək də düzgün seçimdir. Lakin ekspertlərin fikrincə, bu suala qarşı tərəfi inandıracaq şəkildə cavab vermək göründüyü qədər asan deyil.

Qarşınızdakı insanı razı salacaq cavablar verə bilmək üçün müraciət etdiyiniz şirkət və iş xətti haqqında ətraflı məlumatınız olmalıdır. Çünki yalnız bu ətraflı məlumatı mənimsədiyiniz zaman qarşı tərəfi 5 ildən sonra şirkətin bir hissəsi olmaq istədiyinizə inandıra bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bu suala konkret cavabınız yoxdursa, müvafiq sahədə özünüzü təkmilləşdirmək istədiyinizi və öz sahənizdə mütəxəssis olmağı hədəflədiyinizi söyləyə bilərsiniz.

Mütəxəssislərin fikrincə, uzun cavablar verməyə ehtiyac yoxdur. Sizə lazım olan suala konkret faktlara əsaslanaraq aydın, başa düşülən və qısa cavab verməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et