5 başlıqda ötən həftənin gündəmi | Banco.az

5 başlıqda ötən həftənin gündəmi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə xarici bazarların əsas diqqət mərkəzində FED protokollarında məhdudlaşdırıcı pul siyasətinin vurğulanması, Rusiyaya qarşı davam edən sanksiyalar və ölkələrin iqtisadi artım göstəriciləri olub.

Banco.az 26 fevral tarixində başa çatan həftənin əsas gündəm xəbərlərini diqqətinizə çatdırır.

1. Rusiya iqtisadiyyatı 2022-ci ildə daralıb

Rusiyanın Federal Statistika İnstitutu (Rosstat) tərəfindən açıqlanan 2022-ci il üzrə əsas ümumi daxili məhsul (ÜDM) məlumatlarına görə, ölkənin milli gəliri cari qiymətlərlə keçən il 151,5 trilyon rubl (təxminən 2 trilyon dollar) təşkil edib, iqtisadiyyat isə 2,1 faiz kiçilib.

2. Yanvar ayında Yaponiyada inflyasiya rekord vurub

Dəyişən təzə qidaların çıxarıldığı, enerji xərclərinin isə daxil edilərək hesablamaların aparıldığı ümummilli əsas istehlak qiymətləri indeksi (CPI) bir il əvvələ nəzərən 4,2 faiz təşkil edib. 

3. Bir neçə mərkəzi bank uçot dərəcəsi qərarını açıqlayıb

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 50 baza bəndi azaltmaqla 9 faizdən 8,50 faizə endirib.

Yeni Zelandiyanın Ehtiyat Bankı (RBNZ) uçot dərəcəsini yenidən 50 baza bəndi artıraraq 4,25%-dən 4,75%-ə yüksəldilib.

Çin Xalq Bankı (PBOC) isə faiz dərəcələrini sabit saxlayıb. Bununla da, bu il üzrə əsas faiz dərəcəsi (LPR) 3,65 faiz səviyyəsində, beş illik LPR isə 4,30 faiz səviyyəsində dəyişməz qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Cənubi Koreya Mərkəzi Bankı (BoK) da uçot dərəcəsini dəyişməyərək 3,50 faiz səviyyəsində saxlayıb.

4. Avrozonanın yanvar inflyasiyası rekord qırıb

Avropa Statistika İdarəsi (Avrostat) tərəfindən yayımlanan yanvar dövrü üzrə Avrozonanın son inflyasiya məlumatlarına əsasən, regionda baza inflyasiyası 5,2 faizlik ilk təxminləri geridə qoyaraq 5,3 faizə çatıb. 

5. İranda avro və dolların məzənnəsi tarixi pik həddə çatıb

İranda son aylarda cilovlana bilməyən dollar və avronun bahalaşması ötən həftə ölkə tarixində ən yüksək səviyyəyə çatıb. Belə ki, dolların sərbəst bazarda satışı 50 min 100 tümənə çatıb, avro isə 53 min 340 tümənə alınıb-satılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et