5 başlıqda ötən həftənin gündəmi | Banco.az

5 başlıqda ötən həftənin gündəmi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə iqtisadi sferanın gündəmində yenə bir-birindən yaddaqalan xəbərlər var idi.

Banco.az 23 yanvar tarixində başlayan və 29 yanvar tarixində başa çatan həftənin qısa icmalını təqdim edir.

1) “Tesla” və “Microsoft” rüblük balans hesabatlarını açıqlayıblar

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” ötən ilin dördüncü rübündə rekord məbləğdə gəlir və mənfəət əldə edib. Belə ki, şirkətin gəliri ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37 faiz artaraq 24,3 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti də ötən ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 59 faiz artaraq rekord səviyyəyə – 3,7 milyard dollara çatıb.

“Microsoft”un xalis mənfəəti isə ötən ilin oktyabr-dekabr dövründə 12 faiz azalıb. Şirkətin gəlirləri isə ötən ilin oktyabr-dekabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 52,7 milyard dollara çatıb.

2) “Morgan Stanley”in məlumatına görə, hazırda inkişaf etməkdə olan bazarların dövrü başlayıb

"Morgan Stanley”in İnvestisiya İdarəetmə departamenti bu onilliyin qalibinin inkişaf etməkdə olan bazar səhmləri olacağını proqnozlaşdırıb.

3) İşçilərini ixtisar edən şirkətlərin sırasına “Spotify” da qoşulmaq üzrədir

Ən sərfəli kredit üçün müraciət et

İsveçin “Spotify Technology SA” media şirkəti xərcləri azaltmaq üçün “Amazon” və “Meta Platforms” kimi bir çox texnoloji şirkətin izindən gedərək işçilərini ixtisar etməyə başlaya bilər.

4) Braziliya və Argentina ortaq valyuta qəbul etməyə hazırlaşır

Latın Amerikasının bu iki ölkəsi tərəfindən birgə yeni valyutanın yaradılmasında əsas məqsəd regional ticarəti gücləndirmək və ABŞ dollarından asılılığı azaltmaqdır.

5) Dünya İqtisadi Forumu sessiyalarını yekunlaşdırıb

Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilən 53-cü Dünya İqtisadi Forumu (WEF) öz işini yekunlaşdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et