5 başlıqda ötən həftənin gündəmi | Banco.az

5 başlıqda ötən həftənin gündəmi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə dünya mediasının gündəmində ABŞ-ın iqtisadi artım göstəriciləri və birjaların Milad tətili hazırlıqları olub.

Banco.az 25 dekabrda başa çatan həftənin mühüm məqamlarını təqdim edir.

1. ABŞ iqtisadiyyatı III rübdə 3,2 faiz artıb

Amerikada iqtisadiyyat ilin III rübü 3,2 faiz artım göstərib ki, bazar proqnozları bu göstəricinin 2,9 faiz olacağını işarə edirdi.

2. Britaniya iqtisadiyyatı III rübdə proqnozlardan çox daralıb

Böyük Britaniya Statistika İdarəsinin məlumatlarına əsasən, iyul-sentyabr dövrünü əhatə edən ilin üçüncü rübündə ölkə iqtisadiyyatı 0,3 faiz daralıb ki, əvvəlki proqnoz 0,2 faiz istiqamətində idi.

3. Türkiyədə minimum əməkhaqqının məbləği artırılıb min 

2023-cü ildə Türkiyədə tətbiq olunacaq xalis minimum əməkhaqqı 54,7 faiz artımla 8 min 506,8 türk lirəsi olub.

4. Kino sənayesinin indiyədək çəkilmiş ən bahalı filmləri açıqlanıb

Ən sərfəli kredit üçün müraciət et

Dünya kinostudiolarının hazırladığı ən bahalı filmlərdən ibarət siyahıya 379 milyon dollarlıq büdcəsi ilə 2011-ci ildə ekranlaşdırılmış “Karib dənizinin quldurları: Qərib dalğalarda” filmi başçılıq edir. Dünyanın ən bahalı ikinci filmi isə 365 milyon dollar büdcə ilə 2015-ci il istehsalı "Qisasçılar: Altron dövrü" olub.

5. Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) ilin yekun iclasında bazar proqnozlarına paralel olaraq faiz dərəcəsini 9 faiz səviyyəsində saxlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et