5 başlıqda ötən həftənin gündəm xəbərləri | Banco.az

5 başlıqda ötən həftənin gündəm xəbərləri

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə dünya mətbuatının gündəmi bir sıra maraqlı xəbərlərlə yadda qalıb.

Banco.az ötən həftənin əsas gündəm xəbərlərini diqqətinizə çatdırır:

1) Dünyanın ən yaxşı restoranı bağlanacaq

Dünyanın ən yaxşı restoranı hesab edilən Danimarkanın paytaxtı Kopenhagendə fəaliyyət göstərən “Noma” restoranı 2024-cü ilin sonunda bağlanaraq yoluna “qida laboratoriyası” kimi davam edəcək.

2) Qətər İngiltərənin 3 əsas futbol klubunun səhmlərini almağa hazırlaşır

Dünyanın ən bahalı Dünya Çempionatına ev sahibliyi edən Qətər İngiltərə futbolunun ən böyük klublarından sayılan "Mançester Yunayted", "Liverpul" və "Tottenhem"in səhmlərini alacağını açıqlayıb.

3) “Fitch Ratings” bu il Avropanın aparıcı iqtisadiyyatlarında daralma gözləyir

“Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi 2023-cü ildə Almaniya, Böyük Britaniya və İtaliya da daxil olmaqla Avropanın əsas iqtisadiyyatlarında real Ümumi Daxili Məhsulun (ÜDM) azalacağını proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

4) Çin karantin rejimini ləğv edib

Karantin tədbirlərini mərhələli şəkildə yumşaldan Çin hökuməti ötən həftənin bazar ertəsi ölkə sərhədlərinin açıldığını elan edib.

5) Cek Ma öz yaratdığı şirkəti tərk etməyə hazırlaşır

Çinli tanınmış investor Cek Manın qurucusu olduğu rəqəmsal maliyyə xidmətləri şirkəti “Ant Group”un nəzarət hüquqlarını təhvil verəcəyi açıqlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et