5 başlıqda ötən həftənin əsas gündəm xəbərləri | Banco.az

5 başlıqda ötən həftənin əsas gündəm xəbərləri

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə qlobal bazarların əsas diqqət mərkəzində Çində karantin tədbirlərinin yumşaldılması və müxtəlif ölkələrin inflyasiya göstəriciləri olub.

Banco.az 11 dekabr tarixində başa çatan həftənin mühüm məqamlarını diqqətinizə çatdırır.

1. Türkiyədə inflyasiyanın artım sürəti 1,5 ildən sonra ilk dəfə zəifləyib

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, noyabrda Türkiyədə illik inflyasiya 84,39 faiz olub. Aylıq artım isə 2,88 faiz təşkil edib. 

2. Çin Kovid məhdudiyyətləri ilə bağlı yeni qaydaları elan edib

Çin karantin tədbirlərinin yumşaldılması çərçivəsində atılan növbəti addım kimi evdə karantinə icazə verəcəyini açıqlayıb. Bununla yanaşı, artıq Kovid testində neqativ nəticə və sağlamlıq kodu tələbi ləğv edilib.

3. Noyabr ayında ABŞ-da istehsalçı qiymətləri proqnozları üstələyib

ABŞ-da ötən ay istehsalçı qiymətləri indeksi (PPI) proqnozlardan yüksək açıqlanıb. Bu, FED-in faiz artırımlarının 2023-cü ildə də davam edə biləcəyinə işarədir.

Ən sərfəli kredit üçün müraciət et

4. Neft qiymətlərində həftə ərzində kəskin ucuzlaşma müşahidə edilib

Ötən həftə Çindən gələn yumşalma xəbərlərinə baxmayaraq, iqtisadi aktivliklə bağlı narahatlıqlar səbəbilə neft qiymətlərində 10 faizə qədər ucuzlaşma reallaşıb.

5. Yaponiyada iqtisadiyyat 0,8 kiçilib

Yaponiya Nazirlər Kabinetinin həftənin cümə axşamı günü yenidən nəzərdən keçirdiyi məlumatlara görə, ölkədə ÜDM göstəricisi oktyabr-dekabr dövründə illik 0,8 faiz azalıb. Ekspertlər isə 1 faiz artım proqnozlaşdırmışdılar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et